Türkiyə-İran qaz kəmərində GÜCLÜ PARTLAYIŞ

Bu gün səhər saatlarında Türkiyə-İran qaz boru kəmərinin Ərzurumdan keçən hissəsində güclü partlayış baş verib.

Türkiyə-İran qaz kəmərində GÜCLÜ PARTLAYIŞ
https://peyk.az

Peyk.az xəbər verir ki, partlayışdan sonra başlayan yanğında alov təxminən 40 metrə qədər yüksəlib.

Partlayış ətraf kəndlərin sakinləri arasında büyük təşvişə və qorxuya səbəb olub. Yanğınsöndürənlərin, mülki müdafiə və təhlükəsizlik qüvvələri yanğının söndürülməsinə cəlb olunub.

Boru kəmərində qaz verilişi dayandırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır, yanğının səbəbi və vurduğu ziyan araşdırılır.