Təhsil nazirindən yeni - TƏYİNAT

Təhsil nazirindən yeni - TƏYİNAT

Təhsil nazirindən yeni - TƏYİNAT

Tərtər rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub.

Peyk.az Oxu.Aza istinadən xəbər verir ki, rayon təhsil şöbəsinə Yaşar Məhhərəmov gətirilib.

Y.Məhərrəmov bundan qabaq Tərtər rayon Sarıcalı Kənd orta məktəbinin direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, Təhsil naziri Ceyhun Bayramovun əmrinə əsasən Surxay Mirzəyev bir neçə ay əvvəl işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

Xatırladaq ki, S.Mirzəyev 2015-ci ildən bu vəzifədə çalışırdı.