Tacikistan Prezidenti İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib

AZƏRTAC-ın məlumatına görə, Tacikistan Prezidenti bildirib ki, Azərbaycan Respublikası ilə əməkdaşlıq Tacikistan Respublikasının xarici siyasət kursunda mühüm yer tutur.

Tacikistan Prezidenti İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib

Emoməli Rəhmon təbrik məktubunda Tacikistanla Azərbaycan arasında dostluq və çoxplanlı əməkdaşlıq münasibətlərinin səviyyəsini yüksək qiymətləndirib: “Xalqlarımız arasında tarixən yaranmış səmimi əlaqələr bu münasibətlərin etibarlı əsasıdır. Əminəm ki, biz birgə səylərimizlə həm ikitərəfli formatda, həm də beynəlxalq və regional təşkilatlar məkanında səmərəli qarşılıqlı fəaliyyətimizin bundan sonra da dinamik inkişafını təmin edə biləcəyik. Əziz İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə bol uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, firavanlıq və tərəqqi arzu edirəm”.

"Ölkə.Az" oxu.az-a istinadən bildirir ki, M.Çavuşoğlu azərbaycanlı jurnalist Elşad Eyvazlının Ermənistanın işğal etdiyi Azərbaycan şəhəri Şuşada son təxribatı ilə bağlı sualına cavab verib.

O, ölkəsinin bu məsələ ilə bağlı mövqeyini açıqlayıb.

M.Çavuşoğlunun cavabını təqdim edirik:

"Ölkə.Az"ın xəbərinə görə, bu barədə "Gununsesi.org" saytı məlumat yayıb.

Məlumata görə, hər iki şəxs Azərbaycandan külli miqdarda pulu Böyük Britaniyaya çıxarıb.

Britaniyanın Milli Cinayət Agentliyi bu vəsaitlərin oğurluq olmasından şübhələndiyi üşün Azərbaycan hökumətinə sorğu verib.

Məsələ ilə bağlı Britaniyanın “Evening Standard” qəzeti araşdırma aparıb. Qəzetin yazdığına görə, hazırda ; məhkəmə subyekti olan korrupsiya hadisəsi Azərbaycanın keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev və onun oğurluq vəsaitlərini idarə edən həyat yoldaşına aiddir.

Eyni məzmunlu araşdırma DSX rəisi və onun həyat yoldaşı haqqında da başlayıb.

Görünür, hər iki şəxsin bu qanunsuz əməllərindən ölkə rəhbərliyi xəbər tutduğundan onların “qələmini sındırıb”.

Gununsesi.org-un araşdırması zamanı isə bəlli olub ki, Azərbaycan hökuməti Britaniyaya çıxarılan vəsaitlərin büdcəyə qaytarılması üçün çalışır.