Tahir Kərimli ilə Erkin Qədirli arasında gərginlik: “Səndən gözləməzdim”

Milli Məclisin iclasında deputatlar Tahir Kərimli ilə Erkin Qədirli arasında gərginlik yaşanıb.  Oxu.Az-ın məlumatına görə, bu, “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı baş...

Tahir Kərimli ilə Erkin Qədirli arasında gərginlik: “Səndən gözləməzdim”

Milli Məclisin iclasında deputatlar Tahir Kərimli ilə Erkin Qədirli arasında gərginlik yaşanıb. 

Oxu.Az-ın məlumatına görə, bu, “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı baş verib. 

Erkin Qədirli çıxış edərək deyib ki, komitədə müzakirə zamanı iştirak edən üzvlər plenar iclasda qərarın əleyhinə çıxış etməsinlər.

Tahir Kərimli isə buna etiraz edib:

“Mən bunu kimdən gözləsəydim də, Erkin Qədirlidən gözləməzdim. Kiminsə danışmağını məhdudlaşdırmaq olmaz. Təzə deputatlar var, başqa cür başa düşərlər”. 

Erkin Qədirli deyib ki, bununla bağlı Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli ilə görüşərək müzakirə aparıb:

“Buna görə Əli Hüseynliyə də təşəkkürümü bildirirəm. Müzakirə aparıldı, amma sonda hərə öz fikrində qaldı. Hörmətli Tahir müəllim, mən demədim ki, qanunauyğun deyil, dedim ki, etik deyil”. 

Aqşin Kərimov