Home Redaktor Seçimi Tanınmış modelyer xəstəxanaya yerləşdirildi –

Tanınmış modelyer xəstəxanaya yerləşdirildi –

153
0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış modelyer Leyla Əhmədovaya qarşı cinayət törətməkdə təqsirləndirilən Nizami Ağayev, Azər Lütfəliyev və Ceyhun Eyvazovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

PEYK.AZ oxu.az-a istinadən xəbər verir ki, prosesə sədrlik edən hakim Mirzə Xankişiyev bildirib ki, zərərçəkmiş şəxs qismində tanınan L.Əhmədova məhkəməyə ərizə ilə müraciət edərək, səhhətində problem yarandığını, xəstəxanaya yerləşdirildiyini bildirib.

Bu səbəbdən o, məhkəmə iclasına gələ bilməyib.

Hakim qeyd edib ki, zərərçəkmiş şəxsin və ya nümayəndəsinin iştirakı olmadan iclas aparıla bilməz.

Buna görə məhkəmə iclas dekabrın 12-dək təxirə salınıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here