Tarixin ən amansız boks döyüşü — Cerald Makklellan və Naycel Benn-FOTOLAR

“Ölkə.Az” xəbər verir ki, idmançılar sözün hərfi mənasında ; ölüm uğrunda döyüşdülər. Nəticədə hər iki idmançı çox ağır xəsarət aldılar. Amerikalı idmançı rinqdə az qala ölsün, britaniyalı isə ağır psixoloji travma aldı və özünü öldürmək istədi. Bu döyüş Britaniya cəmiyyətində çox ciddi əksrezonansa səbəb oldu. Hətta ; boksun bir idman ; növü kimi ; qadağan edilməsi təklif olundu. Günahkar isə hakimlər çıxarıldı. Çünki ingilis dilini bilmədiklərindən döyüşü zamanında saxlayamayıblar.

Tarixin ən amansız boks döyüşü — Cerald Makklellan və Naycel Benn-FOTOLAR

Qalib gələcəiy təqdirdə Mekklellanı ; kiçik Roy Conssal təkbətək döyüş gözləyirdi. Ona görə də Makklellan 1992-ci ildə ; təqdimatçı Don Kinqlə əməkdaşlıq etməyə başladı. Hansı ki, Kinq öz bacarığı ; ilə ulduz idmançılar yetişdirirdi. Lakin Kinq ; çox vaxt ; ədalətsizcəsinə hərəkət edib, idmançılardan pul qazanmaq üçün bir vasitə kimi istifadə edib atırdı. Bu hərəkətinə görə, Kinq ; öz keçmiş müştəriləri tərəfindən məhkəməyə verilərək, dələduzluqda ittiham edilmişdi. Bunlar arasında Mühəmməd Əli, Larri Holms, Mayk Tayson kimi dünya şöhrətli idmançılar da olub. 1998-ci ildə aldadtığına görə Makklellan ; tərəfindən Kinqə qarşı 100 milyon dollarlıq təminat davası açıldı. Amma iş məhkəməyədək bitdi. Kinq məhkəməyə kimi qarşı tərəfə 14 milyon dollar verməklə canını qurtarır.

Məhz Kinq Makklellanı öz bacaraqlı məşqçisi Emanuel Styurdanı ; Sten Consonla dəyişməyə vadar edir. Kinqə elə bir ; adam lazım idi ki, ; həmin idmançı ; hətta sağlamlığını itirmək naminə nəticə üçün çalışacaq.

Döyüşdə Cerald favorit hesab olunurdu və oyunun elə biirnci raundda da bitəcəyi gözlənilirdi. ; Çünki Makklelan döyüşdə lider idi. Bununla belə Makklellan rəqibini daha qısa zamanda nokauta göndərən ; idmançı kimi tanınırdı. Onu hətta miniatür Tayson adlandırırdılar.

Burad da deyiblər sən ; saydığını say, gör fələk nə sayır. Makklellan da birinci raunda rəqibini noauta göndərməyi planlaşdırıb, ancaq alınmayıb. Buna baxmayaraq o rəqbini ağır nokdauna salıb. Nəticədə Benn rinqdən kanat üzərində səhnəyə düşüb. Lakin britaniyalı ; geri çəkilməyib, tez bir zamanda özünə gələrək döyüşü davam etdirib. İkinci raundda boksyorlar bir-birini linç etmək yolunu seçiblər və ona görə də bir-birinə ən ağır sarsıdıcı zərbələr endiriblər . Conson sonrdan xatirələrində deyir ki, Cerald Benn üzərində qələbə çalmaq yox, onu öldürmək istəyirdi. Makklellanla ; Benn arasında döyüş 6 raund davam edir. Döyüş uzandıqca ; Ceraldı əsəblərinə hakim kəsilmədiyindən ; hərəkətlərinə nəzarətə edə bilməyib. Nəticədə rəqibi tərəfindən başına çox sarsıdı zərbələrə dəyib. Hansı ki, sonradan bu ona çox baha başa gəlib. ?-ci raundda ; Makklellan ; məşqçisindən döyüşü dayandırmağı ; istəyib. “Başa düşə bilmirəm ki, ; nə baş verir”- Cerald şikayətlənib.

Conson onun sözünü elə də ciddiyə almayıb. Kinq də birmənalı olaraq Ceraldın döyüşdə təslim olmasını ; təqdir etməzdi. Ancaq Makklellanın vəziyyəti pisləşir. ; 9-cu raundda halsız vəziyyətdə olan Cerald ; ümumiyyətlə rəqbinə qarşı hücum etmədi. Onun vəziyyəti getdikcə pisləşsə də, hakimlər və köməkçilər buna əhəmiyyət verməyiblər. Vəziyyətdən istifadə edən Benn isə rəqibinə sarsıdıcı zərbələr endirməkdə davam ediblər. 9-cu raundda ; sarsıdıcı zərbələrdən sonra ; Makklellan ; diz üstə çöküb əlcəklə başına işarə etsə də, hakimlər buna əhəmiyyət verməyiblər. Benn yenə də rəqibinə qarşı zərbələr enidrməkdə davam edib. Cerald ayağa qalxmaq istəsə də, ; ;səyi boşa çıxıb və yerə yıxılıb.

Biritaniyalı qələbəsini təmtəraqlı formada qeyd edirdi.

Kinq isə Makklellana o qədər də əhəmiyyət verməyib və yeni çempionun ətrafında fırlanıb.

Cerald isə ; döyüşdən sonra 11 gün koma vəziyyətində qalıb ; və ; beynindən ; qematoma götürülüb. Ayılanda isə ona ayfdın olub ki, artıq bir də idmana dönə bilməyəcək.O iflic vəziyyətinə düşüb, 80 faiz görmə və eşitmə qabliyyətini itirib.

Kinq isə Ceralda ; hər hansı maliyyə yardımı etməkdən imtina edib. Çünki Makklellan Kinqin növbəti layihəsi idi və uğursuzluqdan sonra ; həmən ondan imtina edib. Hətta vəziyyət o yerə çatır ki, Çeraldın yaxınları və dostları onu ABŞ-a gətirmək üçün ; pul yardımı edirlər.

Lakin oyun Benn üçün də uğurlu olmur. Geyinib-soyunma otağına gedərkən ; huşunu itirir.Xəsətəxanada ; onun çənəsinin sınığı və digər ciddi zədələr olduğu bəlli olur. Benn jurnalistlərlə ; ilk görüşündəcə hiyləgərcəsində deyib ki, o mədən yaxşı idi. Bennin bu hərəkətindən isə Makklellanın ; bacısı qəzəblənib ; və o dəfələrə bəyan edib ki, mən Bennin ölümünü arzulayıram.

Cerald yaşasa da səhhəti çox pisdir. O çox pis eşidib və görür. Heç nəyi xatırlamır. ; Ailəsi və övladları onu tərk edib. Bacısı Liza ona baxır. Makklellana ; ayaqda qalması üçün ildə 70 min dollar laızm gəlir.

Hazırladı: Mürtəza Ölkə.Az

“Ölkə.Az” xəbər verir ki, 2019-cu ilin avqust ayında kəndin bələdiyyə başçısı Rajmund Frişkonun oğlan uşağının doğulması üçün mükafat vəd etdiyi zaman bütün dünyada məşhurlaşmışdı. Bu hadisədən 10 ay sonra 2020-ci il mayın 2-də kənddə oğlan usagı doğulub. Körpənin valideynləri Meiscye-Odjanskedə yaşayan Anna və Qjeqoj ; Milekdir. Cütlük körpə Bartek adını verib.

Frişko “New York Times”a verdiyi müsahibəsində uşağın valideynlərinə vəd etdiyi hədiyyənin nə olduğunu açıqlamayıb. Ancaq çoxdan gözlənilən körpənin şərəfinə küçələrin birinə onun adının verilməsi barədə düşündüyünü söyləyib.

Ölkə.Az

''Ölkə.Az'' xəbər verir ki, Danimarkada subaylar üçün maraqlı adət ənənə var. 25 yaşına çatmış və hələ evlənməmiş insanları ağaca bağlayaraq, üstünə darçın səpirlər. Əgər həmin insanlar 30 yaşına çatıb evlənməyiblərsə, darçını istiotla əvəzləyirlər.

Ölkədə subaylar üçün digər maraqlı adət ənənə 25 yaşındakı subay qızlara boş qutu verilməsidir. Kutu festivalı adlanan bu adət ənənədə 25 yaşlı subay qıza doğum günündə dostları boş qutu hədiyyə edərək içərisinə gülünc sözlər qeyd edirlər. ;

Fransada hər Noyabr ayının 25-i subay qızlar üçün ''Sainte Catherine'' günü keçirilir. Həmin gün 25 yaşlı qızlar başlarına sarı və yaşıl şlyapa taxırlar. ;

Avstraliyada 30 yaşlı subay insanlara dostları yeni libas hədiyyə edirlər. Həmin libasla subay insanlar turistlərə içki və şirniyyat satmaq məcburiyyətindədirlər. Yığılan həmin məbləğlə də dostlarını içkiyə qonaq etməyə məcburdurlar. ;

Çinin Şanxay əyalətində valideynlər övladlarını evləndirmək üçün maraqlı üsula əl atırlar. Valideynlər subay övladlarını fotolarını və şəxsi məlumatlarını vərəqə yazaraq çətirin üzərinə yapışdırırlar. Beləliklə də evlənmək istəyən insanlar həmin bazarda özlərinə uyğun həyat yoldaşı tapa bilirlər. ;

''Chap goh mei'' adı verilən digər adət-ənənələrdən biri isə ay təqviminin yeddinci ayının yeddinci günündə qızlar telefon nömrələrini portağalın üzərinə yazaraq yaxınlıqdakı su kanalına atarlar. Həmin qızlar xəyallarındakı oğlanın həmin portağalı tapıb ona zəng edəcəklərinə inanarlar. Oğlanlar isə həmin gün qayıqla su kanalında gəzərək həmin portağalları toplayarlar. ;

Cənubi Koreyada 14 aprel "Black Day" bayramı kimi qeyd edilir. Həmin gün subay insanlar ''jjajangmyeon'' adlı yemək yeyərək yalnızlıqlarını bayram edirlər. ;

Ölkə.Az

;