Tatarıstanın Xalq artisti keçmiş arvadlarını döydüyünü etiraf etdi - FOTO/VİDEO

Rusiya mətbuatının gündəminə “bomba” kimi düşən “Oryol i Reşka” şousunun ulduz aparıcısı Regina Todorenkonun “Ərim məni döyür” müsahibəsindən sonra NTV kanalında yayımlanan “Milyonluq sirr” proqramında qonaq olan məşhur aktyor Marat Başarovun “Keçmiş arvadlarımı döymüşəm” etirafı “zorakılıq” mövzusunu daha da alovlandırıb....

Tatarıstanın Xalq artisti keçmiş arvadlarını döydüyünü etiraf etdi - FOTO/VİDEO

Rusiya mətbuatının gündəminə “bomba” kimi düşən “Oryol i Reşka” şousunun ulduz aparıcısı Regina Todorenkonun “Ərim məni döyür” müsahibəsindən sonra NTV kanalında yayımlanan “Milyonluq sirr” proqramında qonaq olan məşhur aktyor Marat Başarovun “Keçmiş arvadlarımı döymüşəm” etirafı “zorakılıq” mövzusunu daha da alovlandırıb.

Oxu.Az xəbər verir ki, milyonlarla tamaşaçı qarşısında Başarovun bu açıqlamaları cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.

45 yaşlı aktyor səmimi etirafları ilə qan dondurub. Yekaterina Arxarova ilə evliliyi xatırlayan Başarov arvadının daha öncə nəql etdiyi hekayənin çox hissəsinin uydurma olduğunu bildirib:

“Dalaşdığımız zaman mən onu yalnız evdən eyvana çıxmağa məcbur etmişəm. O, sakitcə ətrafda gəzib, daha sonra yenidən evə qayıda bilərdi, heç kim onu ​​qovmurdu. Sonra, bəli, mən onu vurdum. Ancaq döymədim! Onu özünə gətirmək üçün yanağına yumruq vurdum, çünki özünü çox aqressiv aparırdı”.

Başarov oğlu Marseli dünyaya gətirən ikinci həyat yoldaşı Yelizaveta Şvırkovaya hücumunu da etiraf edib:

“Xahişlərimi eşitmədikdə istər-istəməz özümdən çıxıram. Yelizaveta ilə vuruşduq və liftə mindik. O, mənə dayanmadan xoşagəlməz sözlər deyirdi. Ona söylədim: “Yox, yox, yox, ağzını yum”. Liza isə dediklərini təkrarlayırdı. Mən də onu üzündən vurdum. Nəticədə, Lizanın burnu sındı”.

Proqramın sonunda Marat Başarov Şvırkovadan üzr istəyib. “Pupsik, hər şeyə görə məni bağışla!” - deyə, aktyor peşmanlığını dilə gətirib.

Xatırladaq ki, ötən həftə keçmiş cütlük arasında daha bir mübahisə yaşanıb. Yelezavetanın sözlərinə görə, Marat uşağının qarşısında alkoqollu içki qəbul edib, sərxoş vəziyyətdə onu öz evinə aparıb.

Sosial media istifadəçiləri Marat Başarovun qadınlara əl qaldırmasına görə cəza olaraq, Tatarıstanın Xalq artisti adından məhrum edilməsini tələb ediblər.

Qeyd edək ki, M.Başarov Rusiyanın TNT telekanalında yayımlanan “Ekstrasenslerin savaşı” adlı şounun uzun illərdir ki, əvəzolunmaz aparıcısıdır.

Rəşad Əliyev