TƏBİB sədrindən dializ xəstələrinin müalicəsi ilə bağlı açıqlama

“Şənbə günü tibb müəssisələrində dializ müalicəsi aparılacaq. Bazar günü onsuzda proses həyata keçirilmirdi. Birinci gün isə işlər adi qaydada icra olunacaq”.

TƏBİB sədrindən dializ xəstələrinin müalicəsi ilə bağlı açıqlama

“Şənbə günü tibb müəssisələrində dializ müalicəsi aparılacaq. Bazar günü, onsuz da, proses həyata keçirilmirdi. Birinci gün isə işlər adi qaydada icra olunacaq”.

“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, ötən həftəsonu qadağa günlərində təcili tibbi yardım xidmətindən sui-istifadə hallarına rast gəlinib: “Vətəndaşlara müraciət edirəm ki, vəziyyəti ağır olan xəstələrin haqqına girməsinlər. Artıq növbəti karantin günlərinə kifayət qədər vaxt var. Ona görə də ehtiyatlarını indidən görsünlər”.