Tbilisidə orta yaşlı kişi küçənin ortasında güllələndi

Tbilisidə orta yaşlı bir kişi küçənin ortasında öz avtomobilində güllələnərək öldürülüb. Bu barədə “Sputnik” xəbər verib. Şahidlərin sözlərinə görə, onlar beş-altı atəş səsi eşidiblər. Atəş açan şəxs hadisə yerindən qaça bilib. Kişinin maşını çörək sexinin kənarında dayanmışdı. Ehtimal ki, o,...

Tbilisidə orta yaşlı kişi küçənin ortasında güllələndi

Tbilisidə orta yaşlı bir kişi küçənin ortasında öz avtomobilində güllələnərək öldürülüb.

Bu barədə “Sputnik” xəbər verib.

Şahidlərin sözlərinə görə, onlar beş-altı atəş səsi eşidiblər. Atəş açan şəxs hadisə yerindən qaça bilib.

Kişinin maşını çörək sexinin kənarında dayanmışdı. Ehtimal ki, o, çörək almağa hazırlaşıb, ancaq maşından düşməyə imkan tapmayıb.

Gürcüstan Daxili İşlər Nazirliyi məlumatı təsdiqləyib.

Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin iki maddəsi – “qətl” və “qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə” maddəsi ilə istintaqa başlanılıb.

Hadisə yerində hazırda kriminalistlər işləyirlər.