Telefonunuz dinlənilirmi? — Ekspert bunu müəyyən etməyin yolunu açıqladı

"Ölkə.Az" Publika.az-a istinadən xəbər verir ki, “TelecomDaily” informasiya və analitik agentliyinin rəhbəri Denis Kuskov telefonunuzun dinləmədə olduğunu müəyyənləşdirmək üçün iki əsas əlaməti açıqlayıb.

Telefonunuz dinlənilirmi? — Ekspert bunu müəyyən etməyin yolunu açıqladı

- Smartfonun özü açılır və sönürsə;

- Telefondan istifadə etməsəniz də, batareyası çox tez tükənirsə;

Kuskovun fikrincə, bütün bunlar kiminsə telefonunuzu qanuni və ya qanunsuz üsullarla dinlədiyini göstərə bilər. “Bunu aşkar etmək həmişə mümkün deyil, çünki bahalı avadanlıq istifadə olunur”, - deyə o bildirib.

Mütəxəssis qeyd edib ki, smartfonun batareyası tez tükənirsə, bu, hansısa proqramın arxa planda işlədiyini göstərir. Bunu aydınlaşdırmaq üçün mütləq xidmət şöbəsinə müraciət etməlisiniz.