Televiziyalar indi bu mövzuya köklənməlidir — Xalq aristi

"Ölkə.Az" xəbər verir ki, bu sözləri Peyk.az-a açıqlamasında Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi nəfəsli alətlər Orkestrinin solisti, xalq artisti Zümrüd Məmmədova deyib.

Televiziyalar indi bu mövzuya köklənməlidir — Xalq aristi

Müğənni bildirib ki, bütün sənət adamları və digər peşə sahibləri yalnız bu mövzuda danışmalıdır:

“Ordumuz varsa, deməli yurdumuz da var. Şanlı ordumuza dəstək olmalı, öz musiqilərimizlə onları qələbəyə ruhlandırmalıyıq. İstər həkim olsun, istər müəllim, aktyor və digər peşə sahibləri hamımız insanlarda vətənpərvərlik hissinin yüksəlməsinə xidmət etməliyik. Televiziyalar indi bu mövzuya köklənməlidir. Lazım gələrsə, ön cəbhədə əsgərlərimizin yanında olmağa hazıram. Bu gün hər birimiz müsəlləh əsgər kimi Ali baş komandamızın əmrinə müntəzirik. Yaşasın mənim dövlətim və güclü ordumuz”.