“Tesla” elektropikaplarına 146 min sifariş aldı

“Tesla” şirkəti buraxdığı ilk “Cybertruck” elektropikapları üçün 146 min sifariş alıb.

“Tesla” elektropikaplarına 146 min sifariş aldı
https://peyk.az

Peyk.az-ın məlumatına görə, bu barədə noyabrın 24-ü şirkətin rəhbəri Elon Mask “Twitter” səhifəsində xəbər verib.

E.Maskın sözlərinə görə, 42% müştəri iki mühərrikli, 41% müştəri üç mühərrikli, 17% sifariş edənlər isə bir mühərrikli pikap versiyasına maraq göstəriblər.