Texasda tələbələrin yığıncağına silahlı hücum olub, ölənlər var - VİDEO

ABŞ-ın Texas ştatında tələbələrin tədbirində silahlı hücum olub. Nəticədə iki nəfər ölüb, 20 nəfər yaralanıb. Bu barədə “Fox News” məlumat yayıb.  

Portalın məlumatına görə, Texasın A&M Universitetinin məzunlarının yığıncağı zamanı silahlı insident yaşanıb.

Hadisənin videogörüntüləri sosial şəbəkələrdə yayılıb.