Təhsil haqqının ödənilməsi ilə bağlı tələbələrə MÜRACİƏT EDİLDİ

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı http://e-telebe.edu.az elektron portalı vasitəsilə müraciətlərinin qəbulu davam edir. 

Bu barədə Peyk.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, proses iyunun 10-da yekunlaşacaq. İyunun 8-dən etibarən tələbələrin şəxsi elektron kabinetlərinə müraciətlərin nəticələri barədə ilkin məlumat yerləşdirilir və bu barədə namizədlərə SMS bildirişləri göndərilir.

Eyni zamanda, Təhsil Nazirliyinin bütün ali və orta ixtisas təhsili müəssisələrinə verdiyi tapşırığa əsasən, e-telebe.edu.az portalında müraciətləri təsdiqlənmiş və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi barədə yekun qərar qəbul olunanadək onların yaz imtahan sessiyasına buraxılması tam təmin edilir.

Bu günədək elektron portalda bakalavriat təhsili alan 18 252, magistratura təhsili alan 1061, ümumi orta təhsil bazasından orta ixtisas təhsili alan 2547, tam orta tədris bazasından orta ixtisas təhsili alan 1939 və peşə təhsili pilləsində təhsil alan 424 nəfər ərizələrini təsdiq edib.

Eyni zamanda, portala inteqrasiya olunmuş dövlət informasiya sistemlərinin məlumatına əsasən, qeyd edilən kateqoriyalara aid olan tələbələrin bir qismi http://e-telebe.edu.az vasitəsilə bu günədək rəsmi müraciət etməyib və onların bu imkandan yararlanması tövsiyə edilir.

www.peyk.az