Tikinti şirkəti yolu bağladı, narazılıq yarandı-FOTOLAR

Rəsul Rza küçəsində "Malibo" mmc şirkəti tikinti apardığını bəhanə edərək yolu bağlayıb, yoldan öz tikinti avadanlıqlarının saxlanlıması üçün istifadə edir.

Tikinti şirkəti yolu bağladı, narazılıq yarandı-FOTOLAR
https://peyk.az

Peyk.az sonxebere istinadən xəbər verir ki, Bununla bağlı sayta şikayət daxil olub. Samir Əhmədov adlı şəxsin şikayətində bildirilir ki, yolu artıq neçə aydır bağlayıblar. Sakinlər həmin yoldan çox istifadə etdiyinə görə bu yolun bağlanılması əhalinin vaxt itikisinə səbəb olur:

"Rəsul Rza küçəsində yolu artıq necə aydır ki, bilərəkdən bağlayıblar. İki dəfə şifahi şikayət etdim. Xeyri olmadı. Hal-hazırda yoldan öz tikinti avadanlıqlarının saxlanılması yeri kimi istifadə edirlər. Həmin yoldan çox sakin istifadə edir. Bakı Slavyan Kolleci, klinika, bağca və s. kimi yerlərin yolunu bağlayıblar. Bu səbəbdən Təzə bazar istiqamətində həmişə avtomobil sıxlığı olur. Bu da vaxt itkisidir".

Şikayətçi qeyd edib ki, tikinti şirkəti yolun kənarını qazaraq yolu sürüşdürüb, yolu açmaq fikrində deyil və gələcəkdə bu yolu öz tikdikləri binanın həyətinə qata bilər. 
Tikinti şirkəti yolu bağladı, narazılıq yarandı-FOTOLARTikinti şirkəti yolu bağladı, narazılıq yarandı-FOTOLARTikinti şirkəti yolu bağladı, narazılıq yarandı-FOTOLAR