TIR idarəetmədən çıxan maşını parça-parça etdi

Buzlu yolla hərəkət edən krossover idarəetməni itirir və qarşı tərəfdən gələn yük maşını ilə toqquşur. Dəhşətli qəza nəticəsində "SsangYong" markalı maşın parçalara bölünür.

Bu barədə görüntüləri "Vesti" yayıb.

Hadisə Rusiyada baş verib.

Qəza nəticəsində maşının sürücüsü və sərnişin həlak olub. Digər zərərçəkənlər barədə məlumat verilməyib.