Tənhalıqla mübarizə aparan pandanın maraqlı görüntüləri - VİDEO

Koronavirus pandemiyası ilə əlaqədar insanlarla yanaşı, heyvanlar da tam özünütəcrid rejimindədirlər. RT Moskva zooparkından bununla bağlı maraqlı kadrları təqdim edib. Videoda volyerdə tənha qalan panda görüntülənib. Bambuk ayısı yaşamaq üçün vacib olan qida, istirahət, əyləncə, yuxu və hətta təmiz havada günəş...

Tənhalıqla mübarizə aparan pandanın maraqlı görüntüləri - VİDEO

Koronavirus pandemiyası ilə əlaqədar insanlarla yanaşı, heyvanlar da tam özünütəcrid rejiintellect ədirlər.

RT Moskva zooparkından bununla bağlı maraqlı kadrları təqdim edib.

Videoda volyerdə tənha qalan panda görüntülənib. Bambuk ayısı yaşamaq üçün vacib olan qida, istirahət, əyləncə, yuxu və hətta təmiz havada günəş vannası qəbul etmək üçün yerlə təmin olunub.  Bununla belə, onların darıxdığı kadrlardan aydın görünür.

“Elə bil ki, onlara nəsə çatmır”, - deyə Moskva zooparkının “Instagram” hesabında yazılıb.

Pandalar sosial heyvan olmasalar da, zooparkda ünsiyyətə öyrəşiblər.

Qeyd edək ki, müəssisə martın 17-dən Rusiya paytaxtında tam özünütəcrid rejimi bitənə qədər bağlanıb.