Home İdman Topaz Premyer Liqasında 12-ci tur: “Qəbələ” “Keşlə”yə, “Qarabağ” “Sabah”a qarşı

Topaz Premyer Liqasında 12-ci tur: “Qəbələ” “Keşlə”yə, “Qarabağ” “Sabah”a qarşı

151
0

Bu gün Azərbaycan Premyer Liqasında 12-ci turun oyunlarına start veriləcək.

Peyk.az xəbər verir ki, turun ilk qarşılaşmasında “Keşlə” ilə “Qəbələ” üz-üzə gələcək. Ötən turda doğma meydanda “Qarabağ”a uduzan “Qəbələ” Bakı səfərindən azı heç-heçəylə qayıtmağa çalışacaq.

Günün ikinci və son matçında “Qarabağ” debütant “Sabah”ı sınağa çəkəcək. “Köhlən atlar”ı noyabrın 29-da “Sportinq”lə Avropa Liqasının matçı gözləyir. Bəlkə də, həmin oyuna görə Qurban Qurbanovun komandası özünü çox yormamağa çalışacaq. Amma “Sabah”ın asan rəqib olmadığını da unutmaq olmaz.

Turun qalan iki oyunu bazar günü keçiriləcək.

Lider “Neftçi” bu turda “Səbail”lə münasibətlərinə aydınlıq gətirəcək. Hazırda hər iki komandanın turnir cədvəlindəki mövqeyi yaxşıdır. “Neftçi” zirvədə yer alıbsa, “Səbail” 3-cü pillədə qərarlaşıb. Amma bu oyunda “qardaşlar”dan biri, ya da ikisi də xal itirməyə məcburdur.

Tura “Zirə” – “Sumqayıt” matçı ilə yekun vurulacaq. Nazim Süleymanovun qalmaqallı şəkildə “kimyaçılar”dan ayrılmasından sonra “sükan arxasına” Ayxan Abbasov keçib. Abbasov “Sumqayıt”ın baş məşqçi postunda ilk “imtahan”ını məhz keçmiş komandası “Zirə”yə qarşı matçda verəcək.

Azərbaycan Premyer Liqası, 12-ci tur

24 noyabr

Keşlə – Qəbələ
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Cavanşir Yusifov, Kamal Umudlu.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı. “ASK Arena”. Saat 17:00.

Qarabağ – Sabah
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ramiz Məhərrəmov.
Hakim-inspektor: Kərim Ağayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 19:00.

25 noyabr

Səbail – Neftçi
Hakimlər: Rauf Cabbarov, Cəmil Quliyev, Vüqar Bayramov, Sərxan İsmayılov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Bakı. “Bayıl Arena”. Saat 17:00.

Zirə – Sumqayıt
Hakimlər: Səbuhi Bayramov, Mübariz Haşımov, Nahid Əliyev, Rəhim Həsənov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “Dalğa Arena”. Saat 19:00.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here