Toyda rəqs üstündə dava zamanı ata və oğul bıçaqlandı, ata öldü — MƏHKƏMƏ

"Ölkə.Az" xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Toyda rəqs üstündə dava zamanı ata və oğul bıçaqlandı, ata öldü — MƏHKƏMƏ

Hakim Bilal Məmmədovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Zaqatalanın Danaçı kəndində keçirilən toy mərasimində baş verib.

1990-cı il təvəllüdlü A.Ayalovla 1963-cü il təvəllüdlü Abakar Zutov və arasında rəqs etmək üstündə dava düşüb. Məclis iştirakçıları davanın qarşısını alaraq tərəfləri sakitləşdirib. Mərasimi başa çatdıqdan sonra adıçəkilən şəxslər toy sahibinin evində yığışıblar. Bu zaman onlar arasında yenidən dava düşüb. Dava zamanı Abdul Ayalov üzərində olan bıçaqla Abakar Zutova və onun oğlu, 1991-ci il təvəllüdlü Həmzət Zutova xəsarətlər yetirib. Ağır bıçaq xəsarətləri olan Abakar Zutov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.

A.Ayalova Cinayət Məcəlləsinin 120.2.4-cü ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.