Toylarla bağlı acıqlama: İnsanlarımız bir az səbirli olsun

Koronavirus pandemiyasına görə Azərbaycanda toyların keçirilməsi qadağan olunub. Ölkədə epidemoloji vəziyyət düzəldikdən sonra toyların yenidən...

Toylarla bağlı acıqlama: İnsanlarımız bir az səbirli olsun

Koronavirus pandemiyasına görə Azərbaycanda toyların keçirilməsi qadağan olunub. Ölkədə epidemoloji vəziyyət düzəldikdən sonra toyların yenidən keçirilməsinə icazə veriləcəyi bildirilir.

Qeyd edək ki, son həftə yoluxmaların sayı xeyli azalıb. Hətta sağalanların sayı təxminən iki dəfə artıb. Yoluxma dinamikası azalmaqda davam edərsə, toyların günorta saatlarında müəyyən qaydalara əməl etməklə açıq havada keçirilməsinə icazə verilə bilərmi?

Mövzunu baş infeksionist Cəlal İsayevlə davam etdirdik. O, konkret.az-a bu barədə fikir səsləndirməyin düzgün olmadığını deyib.

“Hazırda 14 şəhər və rayonda sərt karantin rejimi tədbiq edilir. Avqustun 5-nə xeyli vaxt var. O dövrə kimi hansı dinamikanı müşahidə edəcəyimiz bilinmir. Əgər o dövrə kimi vəziyyət stabilləşərsə, Operativ Qərargah tərəfindən bu barədə qərar qəbul edilə bilər”, – deyə o vurğulayıb.

Cəlal İsayevin fikrincə, toylar açıq havada və günorta saatlarında keçirilsə belə sosial məsafə qoruna bilməyəcək:

“Bu barədə ancaq epidemoloji situasiya stabilləşdikdən sonra qərar veriləcək. İnsanlarımız bir az səbirli olsunlar. Operativ Qərargahın qoyduğu qaydalara tam əməl etməyə çalışsınlar. Biz bu yolla tezliklə normal həyatımıza qayıdıb, toylarımızı da, ad günləri və digər məclislərimizi də rahat şəkildə keçirə bilərik”.Peyk.Az

Peyk.Az