"Toyota" 12 mindən çox avtomobili geri çağırır

Yaponiyanın avtomobil istehsalçısı "Toyota" enerji doldurma proqramının nasazlığına görə 12 mindən çox avtomobili Çin bazarıdan geri çağırır.

https://peyk.az

Peyk.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin avtomobillərdə mühərrikin nəzarət kompüterində enerji yükləməsinə nəzarət proqramlarının nasazlığı səbəbindən batareyalar düzgün çalışmaya və nəticədə mühərrik işə düşməyə bilər.

Dekabrın 29-dan başlayacq proses zamanı 2017-ci ilin dekabrından cari ilin martınadək olan müddətdə istehsal olunmuş "Alphard" modeli avtomobillər geri çağırılacaq. "Toyota" şirkəti həmin avtomobillərdəki nasazlıqları öz hesabına aradan qaldıracağını bəyan edib.