Home İdman Trabzonspor 8 illik aradan sonra evində Fənərbaxçaya qalib gəldi

Trabzonspor 8 illik aradan sonra evində Fənərbaxçaya qalib gəldi

217
0

Türkiyə Super Liqasının 13-cü həftəsində Trabzonspor əzəli rəqibi Fənərbaxçaya derbidə 2-1 hesabı ilə qalib gəlməyi bacardı. Bu hesabla Trabzonspor həm 4 həftəlik qalibiyyət həsrətinə son qoydu, həm də Fənərbaxçanı 2010-cu ildən bəri evində ilk dəfə məğlub etmiş oldu.

“Akyazı” stadionunda oynanan oyunda qonaq komandanın qolunu 82-ci dəqiqədə Michael Frey atarkən, ev sahibinə qalibiyyəti gətirən qolları 50-ci dəqiqədə Filip Novak və 75-ci dəqiqədə Jose Sosa vurub.

Bu nəticənin ardından Trabzonspor xallarını 19-a yüksəldərkən, Fənərbaxça 13-xalla kifayətlənib.

Səddam Məmmədov

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here