“Trabzonspor” azərbaycanlı futbolçunu transfer edir

Türkiyənin “Trabzonspor” klubu “Sumqayıt”ın futbolçusu Səbuhi Abdullazadəni transfer edəcək.

“Trabzonspor” azərbaycanlı futbolçunu transfer edir
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, “Trabzonspor” rəsmiləri uzun müddətdir 18 yaşlı hücumameyilli yarımmüdafiəçini izləyib və onu transfer etməyə qərar verib.

Məlumata görə, “Trabzonspor” yaxın günlərdə “Sumqayıt”a rəsmi təklif göndərəcək.