Tramp dünya dövlətlərinə səkkiz min süni tənəffüs aparatı göndərəcək

ABŞ Prezidenti Donald Tramp dünyada koronavirusun yayılmasına qarşı mübarizə aparmaq üçün iyul ayının sonunadək müxtəlif ölkələrə səkkiz min süni tənəffüs aparatı göndərməyi planlaşdırır. Bu barədə “Associated Press” xəbər verir. Ağ Evin nümayəndələri tibbi cihazların hansı ölkələrə göndəriləcəyi sualına dəqiq cavab verməyiblər....

Tramp dünya dövlətlərinə səkkiz min süni tənəffüs aparatı göndərəcək

ABŞ Prezidenti Donald Tramp dünyada koronavirusun yayılmasına qarşı mübarizə aparmaq üçün iyul ayının sonunadək müxtəlif ölkələrə səkkiz min süni tənəffüs aparatı göndərməyi planlaşdırır.

Bu barədə “Associated Press” xəbər verir.

Ağ Evin nümayəndələri tibbi cihazların hansı ölkələrə göndəriləcəyi sualına dəqiq cavab verməyiblər.

Bundan əlavə, bu çatdırılmaların ödənişsiz yardım şəklində həyata keçiriləcəyi və ya ödənişli olub-olmadığı barədə məlumat verilmir.

“Müəyyən şəkildə bunun pulsuz yardım olmasını istəyirəm. Həqiqətən istəyirəm. Düşünürəm ki, xoşməramlı jest olacaq. İnsanları ölümdən qurtarmaq üçün bizə pul ödəməli olduqlarını söyləmək ağırdır”, - deyə D.Tramp qeyd edib.

ABŞ istehsalı olan süni tənəffüs aparatlarının qiyməti modelindən asılı olaraq, 5-30 min dollar arasında dəyişir.

Bi müddət əvvəl amerikalı həkimlər süni tənəffüs aparatlarının yetərli qədər olacağına əmin deyildilər, amma hazırda ölkədə təchizat əhəmiyyətli şəkildə yaxşılaşıb.

“Bizim süni tənəffüs aparatları istehsal edən doqquz fabrikimiz var idi, ona görə də, buna inanmaq çətindir. İkinci Dünya Müharibəsindən sonra belə hal olmayıb”, - deyə ölkə lideri bildirib.

Hazırda ABŞ-ın ehtiyatında 12 mindən çox süni tənəffüs aparatı var.