Tramp elan etdi: Bağdadinin yerinə keçən şəxs məhv edildi

Tramp elan etdi: Bağdadinin yerinə keçən şəxs məhv edildi

ABŞ Prezidenti Donald Tramp İŞİD-in gələcək liderinin öldürülməsi xəbərini verib. O, “Twitter” hesabında bu barədə məlumat verib.

Trampın tvitində deyilir:

“Bağdadinin yerinə keçəcək bir nömrəli şəx ABŞ hərbçiləri tərəfindən zərərsizləşdirildi. Böyük ehtimalla terror təşkilatının yeni lideri o olacaqdı. Artıq o da öldü”.

Öldürülən şəxsin adı açıqlanmayıb.