Tramp onu tənqid edən jurnalistləri kosmosa göndərəcəyini bəyan edib

"Ölkə.Az" bildirir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Tramp onu tənqid edən jurnalistləri kosmosa göndərəcəyini bəyan edib

Ağ Ev lideri “SpaceX” raketinin buraxılacağı Florida ştatına səfər etməyi düşündüyünü qeyd edib.

“Ümidvaram media mənimlə birlikdə olacaq. Müxbirləri raketə qoyub bir müddət onlardan canımı qurtarmaq istərdim. Bu mənə müəyyən vaxt jurnalistlərdən istirahət etməyə imkan verəcək” - Tramp zarafatla deyib.

RTS kanalı xəbər verir ki, onlar 14 günlük karantin keçmədən respublika ərazisinə daxil ola biləcəklər.

Ölkənin Tikinti, Nəqliyyat və İnfrastruktur naziri Zorana Mixayloviç iki aylıq fasilədən sonra uçuşları bərpa etmə barədə açıqlama verərkən bu barədə danışıb:

“Sabahdan etibarən koronavirus testləri və 14 günlük karantin olmadan ölkəyə girişə icazə veriləcək. Bu gün hökumətin iclası olacaq. Görüşdə koronavirusla mübarizə operativ qərargahının təklifi ilə sabah Serbiya və digər ölkələrin vətəndaşlarının testdən keçmədən və təcrid olunmadan ölkəyə daxil olmalarına qərar veriləcək. Onlar yalnız şəxsi məsuliyyət daşıyırlar”.

Zorana Mixayloviç bildirib ki, milli aviadaşıyıcı “Air Serbia” mayın 21-də Avropa aviaşirkətləri arasında ilk olaraq kommersiya sərnişin reyslərini bərpa edib: "Biz uçuşlara başlayan ilk Avropa aviaşirkətlərindən biriyik. Bu, yalnız bizdən asılı olsaydı, uçuşlara bir ay əvvəldən başlayacaqdıq”. oxu.az

''Ölkə.Az'' xəbər verir ki, minlərlə gənc koronavirus təhlükəsinə baxmayaraq Texasda ''Kristal'' çimərliyində hər il təşkil olunan ''Go Topless Jeep'' festivalını təşkil ediblər. Gənclər çılpaq halda festivala qatılaraq maşınların üzərinə çıxıb, spirtli içki qəbul edərək rəqs ediblər. Festivala müdaxilə edən polislərlə gənclər arasında qarşıdurma yaşanıb, iki nəfər yaralanıb. Gənclər Texas 1 mayda çimərlik qadağasını aradan qaldırdığı üçün festival təşkil etdiklərini deyiblər. Polis həmin şəxslərin sosial məsafəni qorumadıqlarına və içkili halda avtomobil idarə etdiklərinə görə saxlanıldıqlarını bildirib.

Ölkə.Az