Tramp qubernatorlara səsləndi: “Məktəbləri açın”

ABŞ Prezidenti Donald Tramp ölkədə koronavirusun yayılmasına baxmayaraq, ştatların qubernatorlarını məktəbləri açmağa səsləyib. “HaberGlobal” məlumat verir ki, dövlət başçısı Ağ Evdə Kolorado və Şimali Dakota qubernatorları ilə görüşdən sonra jurnalistlərə açıqlama verib: “Düşünürəm ki, qubernatorlar mütləq məktəbləri açmalıdırlar. Virus gənclərə az...

Tramp qubernatorlara səsləndi: “Məktəbləri açın”

ABŞ Prezidenti Donald Tramp ölkədə koronavirusun yayılmasına baxmayaraq, ştatların qubernatorlarını məktəbləri açmağa səsləyib.

“HaberGlobal” məlumat verir ki, dövlət başçısı Ağ Evdə Kolorado və Şimali Dakota qubernatorları ilə görüşdən sonra jurnalistlərə açıqlama verib:

“Düşünürəm ki, qubernatorlar mütləq məktəbləri açmalıdırlar. Virus gənclərə az təsir edir. 65 yaşdan yuxarı müəllimlər özlərini qorumaq istəyə bilər, amma düşünürəm ki, məktəblər tezliklə mütləq açılmalıdır”.

ABŞ Nümayəndələr Palatasına təqdim edilən virusla mübarizə üçün yeni üç trilyon dollarlıq iqtisadi təşviq paketi ilə bağlı Tramp qeyd edib ki, bu təklifi dəstəkləməyəcək və o, Senatdan keçməyəcək.