Tramp "Yüz ilin müqaviləsi"nin detallarını açıqladı

ABŞ Prezidenti Donald Trump Qüdsün Yaxın Şərq sülh planı çərçivəsində İsrailin “bölünməz” paytaxtı elan ediləcəyini açıqlayıb.

Tramp
https://peyk.az
Tramp

Plana əsasən Qüds bütövlükdə İsrailin ərazisi və paytaxtı olacaq. Tramp bildirib ki, planda Fələstin dövlətinin indiki ərazisinin 2 dəfə artırılması nəzərdə tutulur.

“Fələstin müstəqil, suveren dövlət olacaq” deyən Tramp, prezident Mahmud Abbası planı dəyərləndirməyə çağırıb. “Ağ ev” rəhbərinin sözlərinə görə, Fələstin planı qəbul edərsə, Vaşinqtonun hər cür dəstəyini alacaq. Tramp bəyan edib ki, plan yüzminlərlə fələstinliyə iş imkanı yaradacaq. Bütün bunların həyata keçirilməsi üçün xüsusi komissiya qurulacaq.

“Fələstinlilər onlardan piyon kimi istifadə edən bir sistem içində qalmışdılar. Orada İsrail-Fələstin məsələsini həll etmək qərarına gəldim. ABŞ prezidentlərinin çoxu əvvəllər bunu sınamışdılar, amma uğursuz olmuşdu”. 

Donald Tramp bildirib ki, hətta keçmişdəki ən müsbət niyyətli planlar da gerçəklərə söykənmirdi.

“İsraildə hamı sülh istəyir və hər kəsin dəstəyini aldıq. İsrail ilk dəfə konseptual xəritəyə icazə verdi. Birgə komitə quracağıq və dəqiq xəritəni ortaya qoyacağıq. Qüds İsrailin bölünməmiş əsas paytaxtı olaraq qalacaq. Barışıq güzəştə əsaslanır, amma heç vaxt İsrailin təhlükəsizliyini təhlükəyə atmasına icazə verməyəcəyik” – deyə Amerika Prezidenti əlavə edib.

Tramp bildirib ki, bu xəritə ilə, paytaxtı Şərqi Qüds olan bir Fələstin olacaq. ABŞ asanlıqla burada bir səfirlik yaradacaq. Heç kim heç bir fələstinli evini tərk etmək məcburiyyətində qalmayacaq.

Qüds müstəqil və azaddır. Qüds təhlükəsiz, açıq və demokratik bir şəhərdir. Bütün inanclardan olan hər kəsə qapılarını açdı. Fələstinin 1948-ci ildə buraxdığı səhvi düzəltməyin vaxtı gəldi. Qan illərlə boş yerə töküldü, indi bitməlidir. İslam dünyası yeni İsrail dövlətini tanımalıdır”.

İsrail fələstinlilərlə sülhə doğru böyük addım atır.

Fələstinlilər daha yaxşı həyata layiqdirlər, lakin terrorizm aktivliyinin tələsinə düşüblər.

Ağ Ev rəhbəri bildirib ki, Yaxın Şərq münaqişəsinin nizamlanmasını nəzərdə tutan 80 səhifəlik plan bu məsələ ilə bağlı ən detallı sənəddir.