Tramp tibbi müayinədən keçdi

"Ölkə.Az" report-a istinadən xəbər verir ki, bunu Ağ Ev rəsmisi Keyli Makinani bildirib.

Tramp tibbi müayinədən keçdi

“Tibbi müayinə ilə bağlı bəzi təfərrüatlar sonra açıqlanacaq. Ancaq bir sözlə, prezident sağlamdır”, ;Makinani ;bildirib.

Qeyd edək ki, ABŞ prezidentləri tibbi müayinə keçməyə məcbur deyillər, lakin 37-ci administrasiya başçısı Riçard Niksonun (1913-1994) dövründən bu, adi praktika halını alıb.

Əvvəlki belə hallarda HDQ-nin Vaşinqton yaxınlığındakı Betesda yaşayış məntəqəsində yerləşən tibb mərkəzinin həkimləri adətən tibbi müayinənin nəticələrinə prezidentin səhhətinin ona səlahiyyəti başa çatanadək vəzifəsini icra etməyə imkan verdiyi barədə imza da atırdılar.

Ölkə.Az