Trampa qarşı inanılmaz həmlə: Blumberq seçkilərə qatılır

Amerikalı milyarder, Nyu Yorkun keçmiş meri Maykl Blumberq Demokratlar Partiyasından 2020-ci prezident seçkilərinə namizədliyini açıqlayıb.

Trampa qarşı inanılmaz həmlə: Blumberq seçkilərə qatılır
https://peyk.az

Peyk.az xəbər verir ki, milyarder Trampa qalib gəlmək və ABŞ-ı yenidən qurmaq üçün çalışacağını bildirib.

“Daha 4 il Trampın əxlaqsız və ölçüyəgəlməz davranışlarını qəbul edə bilmərəm. Tramp ölkəmizə və dəyərlərimizə qarşı mövcudluq təhdididir. Əgər növbəti dönəmdə seçilərsə, verdiyi zərərlərin qarşısını ala bilməyəcəyik”, - deyə Blumberq bildirib.

Qeyd edək ki, M.Blumberq 37 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin şəxslərindən sayılır.