Trampdan koronavirus açıqlaması

ABŞ Prezidenti Donald Trampla Çin lideri Si Szinpin arasında koronavirusla bağlı telefon danışığı baş tutub.

Trampdan koronavirus açıqlaması
https://peyk.az

Bu barədə "HaberGlobal" informasiya yayıb.

Telefon söhbəti barədə danışan Tramp Çinin epidemiya ilə mübarizə çərçivəsində əlindən gələn hər şeyi etdiyini bildirib. "Çətin vəziyyətdir, ancaq çox yaxşı işlədiklərini düşünürəm", - Tramp bildirib.

Jurnalistlərdən birinin "Çinin koronavirus epidemiyası ilə bağlı əsl rəqəmləri gizlətdiyini düşünürsünüzmü?" sualına isə ABŞ lideri bu cür cavab verib: "Xeyr, Çin bu mövzuda çox çalışır".