“Tri koronı”nın yaxınlığındakı gölün qurudulması işi yenidən başladı - VİDEO

Bakı şəhərinin Yasamal rayonu ərazisində, Həsən bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsində, “Tri koronı” (“Üç tac”) yaşayış kompleksinin yaxınlığında yerləşən gölün qurudulması ilə bağlı bu gün səhərdən yenidən iş başlayıb. Bu haqda Yeni Sabah-a həmin ərazidə yaşayan sakinlər məlumat verib. Xəbərdə...

“Tri koronı”nın yaxınlığındakı gölün qurudulması işi yenidən başladı - VİDEO

Bakı şəhərinin Yasamal rayonu ərazisində, Həsən bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsində, “Tri koronı” (“Üç tac”) yaşayış kompleksinin yaxınlığında yerləşən gölün qurudulması ilə bağlı bu gün səhərdən yenidən iş başlayıb.

Bu haqda Yeni Sabah-a həmin ərazidə yaşayan sakinlər məlumat verib.

Xəbərdə bildirilir ki, bu gün səhər saatlarından ərazidə yenidən ağır texnika ilə iş başlayıb.

Sakinlər bildirib ki, ölkədə su böhranının yarandığı bir vaxtda gölün qurudulması böhranı daha da dərinləşdirməyə xidmət etməkdir.

Xatırladaq ki, bir neçə gün əvvəl də həmin gölün qurudulması işi davam etdirilmişdi. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə edilən şikayətdən sonra nazirliyin tələbi ilə ərazidə tikinti işləri dayandırılmışdı.

Maraqlıdır ki, iyulun 19-da Yasamal rayon İcra Hakimiyyəti “Tri Koronı” kimi tanınan binaların yaxınlığında heç bir tikinti işləri aparılmadığı barədə xüsusi açıqlama yaymışdı:

“Ərazi abadlaşdırılır, tullantılardan təmizlənir. Bəzi media orqanlarında iddia olunduğu kimi, heç bir inşaat yoxdur, göl qurudulmur”.