Tufan bu şirkətə 480 milyon dollar ziyan vurdu

“JR Higashi Nihon” şirkətinin yaydığı məlumata görə, “Hagibis” tufanı nəticəsində bu şirkətə 480 milyon dollar ziyan dəyib.

Tufan bu şirkətə 480 milyon dollar ziyan vurdu
https://peyk.az

Peyk.az xəbər verir ki, oktyabrın əvvəllərində Yaponiya sahillərinə çatan tufan ölkənin bir çox ərazilərinə böyük ziyan vurub. Tufanın ən çox ziyan vurduğu Naqano prefekturasında çaylardan birinin daşması nəticəsində “JR Higashi Nihon” şirkətinin “Hokuriku Shinkansen” super ekspreslərinin yerləşdiyi depo su altında qalıb. Həmin vaxt depoda olan 10 qatar yarıyadək su ilə örtülüb.

Bununla yanaşı, şirkətin məlumatına görə, super ekspreslərin hərəkət etdiyi xətt boyunca qatarların hərəkətinin martın sonlarınadək dayandırılması şirkətə əlavə olaraq 146 milyon dollar ziyan vuracaq.