Türk ölkəsi Ermənistanla eyni ittifaqda yer alacaq? - Moskvadan ŞƏRH

Özbəkistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qayıdışı mümkündür, ancaq bu məsələ hələlik gündəlikdə deyil.

Türk ölkəsi Ermənistanla eyni ittifaqda yer alacaq? - Moskvadan ŞƏRH
https://www.peyk.az

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko bildirib.

“Belə imkan, sözsüz ki, var. KTMT Özbəkistan üçün həmişə açıqdır. Amma bu məsələ indi gündəlikdə deyil”, - o jurnalistlərə deyib.

Qeyd edək ki, KTMT 15 may 1992-ci il tarixində əsası qoyulmuş hökumətlərarası hərbi ittifaqdır. 1992-ci ildə Müstəqil Dövlətlər Birliyinə üzv olan altı post-sovet dövləti –Rusiya, Ermənistan, Qırğızıstan, Tacikistan, Qazaxıstan və Özbəkistan təhlükəsizlik müqaviləsi imzaladılar.Azərbaycan, Belarus və Gürcüstan isə 1994-cü ildə bu müqaviləni imzaladı. Beş ildən sonra bu müqaviləni imzalamış doqquz dövlətdən altısı (Azərbaycan, Gürcüstan və Özbəkistan istisna olmaqla) müqavilənin müddətini daha beş il artırmaq barədə razılığa gəldi. 2002-ci ildə isə həmin altı ölkənin razılığı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adı altında hərbi ittifaq təşkil olundu. Özbəkistan 2006-cı ildə yenidən KTMT-yə üzv olsa da, 2012-ci ildə təşkilatı tərk etdi.

Təşkilat bir çox ekspert dairələri tərəfindən bəzən, “Putinin NATO-su” da adlandırılır.