Türkiyə sərhədində gərginlik: Suriya və İran hücuma keçdi

Suriya ordusu İdlib təhlükəsizlik bölgəsinin qərb və cənub cəbhələri istiqamətində şiddətli hücumlar həyata keçirir.

Türkiyə sərhədində gərginlik: Suriya və İran hücuma keçdi
https://peyk.az

Peyk.az xəbər verir ki, hücumlar nəticəsində aralarında sakinlər də olmaqla, onlarla insan həlak olub. Dinc sakinlərin yerləşdiyi məntəqələrə və müxalif döyüşçülərin olduğu ərazilərə raket zərbələri endirilir. Məlumata görə, hücumlar üçün uzun müddətdir hazırlıq həyata keçirən silahlılar bir neçə strateji önəmə malik qəsəbəni ələ keçirib. Əməliyyatlara İranın nəzarətindəki qruplaşmalar da fəal dəstək verir.

Qeyd edək ki, İdlib təhlükəsizlik bölgəsində Türkiyə ordusunun 10-a qədər müşahidə postu var. Hücumlardan sonra minlərlə insan Türkiyə sərhədinə axın edib. Bölgədə əlverişsiz hava şəraiti qaçqınlar üçün əlavə çətinliklər yaradıb.

İdlib və Hələbdə Suriya ordusu yaraqlıların hücumlarını dəf edib, qarşı tərəf təxminən 50 döyüşçüsünü itirib.

Bu barədə Rusiyanın Suriyadakı Tərəfləri Uzlaşdırma Mərkəzi məlumat yayıb.

Mərkəzin rəhbəri Yuri Borenkov yaraqlıların İdlib və Hələb bölgələrində bir neçə istiqamətdə hökumət qüvvələrinin mövqelərinə girməyə çalışdığını bildirib.