Türkiyə XİN: ABŞ Türkiyədən qisas almaq istəyir

Türkiyə XİN: ABŞ Türkiyədən qisas almaq istəyir

1915-ci il hadisələri barədə qətnamə layihəsini qəbul etməklə ABŞ Türkiyədən qisas almaq istəyir.

Trend-in məlumatına görə, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, bu qətnamə Ankara üçün heç bir hüquqi qüvvəyə malik deyil.

Nazirin sözlərinə görə, Türkiyə həmin qətnamənin qəbul olunması ilə bağlı Vaşinqtona cavab verəcək.