Türkiyədə illərdir axtarılan Eyvaz Qorxmaz ələ keçiril

Axtarışda olan və ötən gecə İstanbulda saxlanılan mafiya lideri Eyvaz Qorxmazın ələ keçirildiyi əməliyyatın video-görüntüləri yayımlanıb.

Türkiyədə illərdir axtarılan Eyvaz Qorxmaz ələ keçiril
https://peyk.az

Peyk.az xəbər verir ki, xüsusi əməliyyat nəticəsində Qorxmazla yanaşı onun qızı və "sağ əli" hesab olunan şəxs gecə yerləşdiyi villada aşkar edilib.

Mafiya liderinin gizləndiyi evdən bir ədəd sənədsiz tapança, 690 ədəd narkotik tərkibli preparat götürülüb.

Peyk.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1998-ci ildə törədilən cinayətə görə axtarılan Qorxmazın 1990-cı illərdə törədilən qətllərdə də hallanır

İstanbulda villaların birində ələ keçirilən cinayətkar şəbəkənin liderinin qızı və köməkçisi də həbs edilib. Mafiya başçısı haqqında 1998-ci ildə 15 il 9 aylıq həbs qərarı verildiyi məlum olub. O eyni zamanda 5 adam öldürmə, 10 silahla yaralama faktlarına görə də ittiham olunur. Qorxmazın evindən , həmçinin, 1 ədəd tapança, 690 ədəd narkotik vasitə tapılıb.Eyvaz Qorxmaz, qızı və köməkçisi ifadələri alındıqdan sonra məhkəməyə göndəriliblər.