Home Mədəniyyət Türkiyədə ölkəmizin beynəlxalq mədəni marşrutlarda üzvlük məsələləri müzakirə edilib

Türkiyədə ölkəmizin beynəlxalq mədəni marşrutlarda üzvlük məsələləri müzakirə edilib

114
0

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Rafiq Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti İstanbulda BMT-nin Dünya Turizm Təşkilatı (BMÜTT) və UNESCO tərəfindən birgə təşkil olunan 3-cü Ümumdünya Mədəniyyət və Turizm Konfransında iştirak edir.

PEYK.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Nazirlikdən AZƏRTAC-a verilən xəbərə görə, konfrans çərçivəsində nazir müavini Rafiq Bayramov ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, İRSİKA-nın baş direktoru Halit Eren, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Әrsoy, Ukraynanın mədəniyyət naziri Yevgeni Nişuk və Monteneqronun mədəniyyət naziri Aleksandr Boqdanoviçlə görüşüb.

Görüşlərdə təşkilatlarla əlaqələrin daha da genişləndirilməsi, mədəni marşrutların inkişaf etdirilməsi, Azərbaycanın beynəlxalq mədəni marşrutlarda üzvlük məsələləri, ölkələrlə mədəni sahədə birgə layihələrin həyata keçirilməsi kimi məsələlər müzakirə olunub.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here