Home Xarici Türkiyədə polis əməkdaşı şöbə rəisini və həmkarlarını güllələyib

Türkiyədə polis əməkdaşı şöbə rəisini və həmkarlarını güllələyib

109
0
Türkiyənin Rizə əyalətində silahlı insident yaşanıb.
PEYK.Az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, polis əməkdaşı şöbə rəisini və digər həmkarlarını güllələyib. Nəticədə şöbə rəisi Altuğ Verdi aparıldığı xəstəxanada həyatını itirib. Digər polis əməkdaşlarının həyatı üçün elə bir təhlükə yoxdur. Bildirir ki, atəş açan şəxs Ali məktəbə daxil olmasıyla əlaqədar, şöbə rəisindən onun iş qrafikini yüngülləşdirməyi xahiş edib. Lakin rəis onun xahişini geri çevirib.

Bu zaman əsəblərinə hakim olmayan polis tapançasını götürərək, yenidən rəisin otağına girərək, ona atış açıb. O, hadisə yerinə gələn digər həmkarlarına da atəş açıb. Atışma zamanı cinayətkar polis zərərsizləşdirilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here