Türkiyədə qadın qısqanc ərini çəkiclə öldürdü

Türkiyənin Konya şəhərində qadın qısqanclıq zəmnində mübahisə etdiyi ərini çəkiclə öldürüb.

Türkiyədə qadın qısqanc ərini çəkiclə öldürdü
https://peyk.az

"Anadolu" Agentliyinin verdiyi məlumata görə, 46 yaşlı Fadik Sağdıç 53 yaşlı əri Veysəl Sağdıç ilə mübahisə edib.

Mübahisə zəminində o, ərinin başına çəkiclə zərbə endirərək öldürüb.

Məhkəmədə ifadə verən qadın ərinin evil olduqları 28 il müddətində ona qısqanclığına görə çətin həyat yaşatdığını deyib.

"Ərim o qədər qısqanc idi ki, bu yaşıma qədər telefon işlətməyə icazə verməyib. Uşaqlarımı və məni öldürməklə hədələyirdi", - deyən qadın törətdiyi əməldən peşman olduğunu bildirib.

Qızı Saliha Sağdıç evdən köçdükləri zaman atasına məxsus 6 silah və əl bombalarını taparaq polisə təslim etdiklərini deyib.

O, atasının qısqanclığına görə hamama da kamera yerləşdirərək daima anasını izlədiyini, cadu kitabları oxuduğunu bildirib.

Fadik Sağdıçın həbsdə qalmasına və cinayət işindəki çatışmazlıqların aradan qaldırılması üçün məhkəmənin təxirə salınmasına qərar verilib.