Türkiyədən Liviya açıqlaması: Yalnız bu yolla...

Türkiyə bundan sonra da Liviyada Milli Razılıq hökumətini dəstəkləməyə davam edəcək, Liviya xalqının sülhə qovuşması üçün bütün imkanlardan istifadə edəcəkdir.

Türkiyədən Liviya açıqlaması: Yalnız bu yolla...
https://peyk.az

Peyk.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Ərəb Birliyi Şurasının toplantısında çıxışı zamanı deyib.

O, ölkədə yalnız siyasi yolla sülhün bərqərar olunacağını bildirib.

Aksoy, Liviyada siyasi sabitliyin əldə olunması üçün öncəliklə hücumların dayandırılmasının və dərhal tam atəşkəs elan olunmasının vacibliyini xüsusi vurğulayıb.