Türkiyəyə böyük zərbə: ABŞ "erməni soyqırımı"nı tanıdı

Türkiyəyə böyük zərbə: ABŞ

ABŞ-ın Nümayəndələr Palatası 1915-ci il hadisələrini soyqırım olaraq tanınması barədə qərar qəbul edib.

Milli.Az Habertürk-ə istinadla xəbər verir ki, aprel ayında müzakirə üçün təqdim olunan layihəni palatanın 405 üzvü tanıyıb, 11 nəfər isə qərarın əleyhinə olub.

"ABŞ-ın erməni "soyqırımı" layihəsini tanıması tarixin siyasətin oyuncağına çevrilməsinin utancverici nümunəsidir. Türkiyəni soyqırım törətməkdə ittiham edənlər əvvəlcə öz qanlı keçmişlərinə baxsınlar", - Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın rəsmi Tvitter hesabında yazıb.