Türkiyədə koronavirusla bağlı STATİSTİKA – Yoluxanların sayı 171 mini ötdü

Türkiyədə son 24 saat ərzində daha 19 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Türkiyədə koronavirusla bağlı STATİSTİKA – Yoluxanların sayı 171 mini ötdü

Türkiyədə son 24 saat ərzində daha 19 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Peyk.az-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 711 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 989 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 171 121 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 3 411 nəfər olmaqla 141 380 nəfər təşkil edir.

www.peyk.az