Türklərə DƏHŞƏTLİ HÜCUM: çox sayda ölü və yaralı var (YENİLƏNDİ)

Almaniyanın Hessen əyalətindəki Hanauda fəaliyyət göstərən 2 kafeyə silahlı hücum təşkil edənlərdən birinin kimliyi bəlli olub.

Türklərə DƏHŞƏTLİ HÜCUM: çox sayda ölü və yaralı var (YENİLƏNDİ)
https://www.peyk.az

Publika.az xəbər verir ki, 5-i türk olmaqla, 11 nəfərin öldüyü, 5 nəfərin yaralandığı olayı gerçəkləşdirən radikal sağçı siyasi görüşə sahib Tobias Ratyen olub.

Evində ölü tapılan və yanında anasının meyitinin olduğu ehtimal edilən Tobias hücumu gerçəkləşdirməzdən əvvəl evində məktub və video hazırlayıb. Məktubdakı “bəzi millətlər yox edilməli və onlara alman pasportu verilməməlidir” sözləri diqqət çəkir.

Almaniya kansleri Angela Merkel hücumdan sonra bugünkü proqramını ləğv edib. Hökumət sözçüsü Steffen Seybert Merkelin hücumla bağlı yeniliklərdən xəbərdar olduğunu deyib.

Xarici İşlər naziri Hayko Maas tvitterdən verdiyi açıqlamada Hanaudakı qorxunc olayın qurbanlarının ailələrinə səbr arzulayıb.

Almaniya Müdafiə naziri Anneqret Kramp-Karrenbauer isə radikal sağ görüşün ölkəni get-gedə zəhərlədiyini deyib.

***

11:08

Almaniyanın Hessen əyalətinin Hanau şəhərində 2 kafeyə edilən hücum zamanı ölənlərin sayı 11-ə çatıb.

 xəbər veririk ki, məlumatı "Anadolu" agentliyi yayıb.

***

09:37

Almaniyanın Hanau şəhərində 2 kafeyə silahlı hücum olub.

xəbər veririk ki, qəlyan kafesinə naməlum şəxslər tərəfindən odlu silahla təşkil edilən hücum nəticəsində 8 nəfər dünyasını dəyişib. Çox sayda yaralı var.

Cənubi Hessen Baş Polisindən verilən açıqlamaya görə, hadisə yerli vaxtla saat 22:00 radələrində olub.

Şübhəli şəxslərin 2 nəfər olduğu bildirilir.

“Assoşieyted Press” agentliyinin məlumatına görə, qəlyan kafelərinə hücum nəticəsində ölənlərin sayı 9-a çatıb. 4 yaralı var.

Şübhəlilərdən biri evində ölü tapılıb. Onun yanında daha bir cəsəd olub.

Agentlik bildirir ki, hücuma məruz qalan kafelərdən biri türklərə məxsusdur. Dünyasını dəyişən 9 nəfərdən 5-inin türk olduğu iddia edilir.