Türklər Yunanıstana qaçır? - İlginc olay

Türklər Yunanıstana qaçır? - İlginc olay
https://www.peyk.az

Egey dənizində İnuses adası yaxınlığında miqrantları daşıyan qayıq batıb.

Axar.az xəbər verir ki, hadisə nəticəsində 5-i uşaq olmaqla, 7 miqrant həyatını itirib.

Yunan mediasının bildirdiyinə görə, xilasedicilər ilk olaraq 7 yaşlı uşağın və bir körpənin cəsədini tapıblar. Ardınca isə 3-ü azyaşlı olmaqla, 5 şəxsin meyiti sudan çıxarılıb.

Bundan əlavə, Yunanıstan Sahil Mühafizə Xidməti 12 nəfəri də xilas etməyi bacarıb.

İddiaya görə, sağ qalan şəxslər Hios adasına gətirilib və onların Türkiyə vətəndaşları olduqları müəyyən edilib.

Həmin şəxslərin Yunanıstan hökumətindən siyasi sığınacaq istədiyi deyilir.