Türkmənbaşıdan gözlənilməz təklif: Bu sistemə keçək

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov parlamentin iclasında ikipalatalı sistemə keçmək təşəbbüsü ilə çıxış edib.

Türkmənbaşıdan gözlənilməz təklif: Bu sistemə keçək
https://www.peyk.az

Axar.az xəbər verir ki, bu barədə Türkmənistan mətbuatı informasiya yayıb.

“İkipalatalı sistemə keçid türkmən ictimaiyyətinin bütün təbəqələrinin maraqlarını təmsil etmək imkanı verəcək”, - prezident bildirib.

Berdiməhəmmədov respublikanın əsas qanununa müvafiq əlavə və dəyişikliklər edilməsi üçün konstitusiya komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.