Tvitter 30 mindən çox hesabı sildi

Tvitter sosial şəbəkə platforması hökumətlərlə əlaqəli olduğu səbəbiylə 32 242 hesabı bağlayıb.  “Peyk.AZ”nun məlumatına görə, şirkət açıqlamada

Tvitter 30 mindən çox hesabı sildi

Tvitter sosial şəbəkə platforması hökumətlərlə əlaqəli olduğu səbəbiylə 32 242 hesabı bağlayıb.

 “Peyk.AZ”nun məlumatına görə, şirkət açıqlamada bildirib ki, silinən hesabların arasında 23 750 əsas hesabın Çin höküməti ilə bağlı olduğu müəyyənləşdirilib.

Tvitter bu hesabların Çin Kommunist Partiyasının lehinə ideolojik paylaşımlar yayması və platformanın sui-istifadəyə qarşı qoyduğu qaydaları pozması səbəbilə silindiyini açıqlayıb.

Silinən digər hesablardan 1152-sinin Rusiya, 7340 hesabın isə Türkiyə bağlantılı olduğu qeyd olunub.