“Üç ay evdə oldular, beyinləri düzəlmədi...” - Günel

“Şəkil paylaşanda yazdığınız bütün şərhləri bağlayıram. Köhnə gözəllik, nə bilim nə. Adı üstündədir, köhnə. Şərhləriniz balqabaq dadı verir. Bundan xo

“Üç ay evdə oldular, beyinləri düzəlmədi...” - Günel

“Şəkil paylaşanda yazdığınız bütün şərhləri bağlayıram. Köhnə gözəllik, nə bilim nə. Adı üstündədir, köhnə. Şərhləriniz balqabaq dadı verir. Bundan xoşum gəlmir. Mən razıyam, alan razı, satan razı. Kifayət qədər yazdıq, bəsdir. İnsan nə və necə istəyirsə, o olur.  Əvvəl demişdim ki, arıqlamışam, Maykl Ceksona oxşayıram. Yenə də eləyəm. Belə xoşbəxtəm, məmnunam”.

“Peyk.AZ” xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova instaqramda bildirib. Sənətçi video paylaşaraq, onu tənqid edənlərə sərt cavab verib. Günel deyib ki, yazılanların qarşısını almaq üçün rəyləri bağlayıb:

“Dəyişikliyim kiminsə işinə qalmayıb. Hamı güzgüyə baxsın. Yazan hər kəsi şikayət edəcəm, qara siyahıya atacam. Hər kəs öz həyatına baxsın. Artıq bəsdirin. Allah mənə istedad, səs verib. Bunu sizlərə ən doğru şəkildə təqdim etməyə çalışıram. Amma görürəm ki, sizin işiniz estetik əməliyyatdır. Bəli, estetikəm. Sevən yanımda olsun, sevməyən səhifəmdən çıxa bilər.

Saçını niyə rənglədin, sarı etdin, köhnə halın... Bəsdirin, köhnə yoxdur, yeni mən varam. Bu nədir? Sizləri qınayıram. Bəli, dəyişmişəm, sizə nə? Üç ay evdə oldular, insanların beyni düzəlmədi, ancaq pislik axtarışındasız. Etməyin, yazmayın, gedin işinizlə məşğul olun.

Mahnımın altına “nə gündəsən, nə etmisən, səni tanıya bilmədim” yazanları görmək istəmirəm. Bundan belə şərhi bağlayacam. Tənqid edə bilməyəcəksiniz, imkan verməyəcəm.

Biri yazıb ki, əməliyyatla gözümün rəngini dəyişdirmişəm. Cahilsən? O, necə olur? Əsəbi də deyiləm, sakitəm. Sadəcə, yoruldum. Mən silirəm, siz yenə yazırsız. Bundan sonra belə yazsanız, siləcəm.

Çirkinəm, kimə nə? Məni sevən belə sevir. Sevmirsənsə, sevmə. Hər kəs öz həyatına baxsın, görsün nə edib. Sizin işiniz-gücünüz yoxdur. Ona görə də yazırsınız. Özümə söz verdim, heç kimin şərhini qəbul etməyəcəm. Qoymayacam orda bir şey yazasınız. Ümid edirəm ağıllanarsınız”.