Home Mədəniyyət Ukraynada azərbaycanlı heykəltəraşın müəllifi olduğu memorial lövhənin açılışı olub

Ukraynada azərbaycanlı heykəltəraşın müəllifi olduğu memorial lövhənin açılışı olub

207
0

Xarkov şəhərinin mərkəzi küçəsində Ukraynanın Xalq rəssamı, tanınmış heykəltəraş, soydaşımız Seyfəddin Qurbanovun müəllifi olduğu daha bir memorial lövhənin açılışı olub.

PEYK.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, görkəmli alim, Ukraynada reproduktiv səhiyyənin qurucusu, Əməkdar elm xadimi, akademik Valentin Qrişenkonun 90 illik yubileyi şərəfinə hazırlanan memorial lövhə onun yaşadığı və işlədiyi binada açılıb. Memorial lövhənin açılış mərasimində onun tələbələri, alimlər, həkimlər və akademikin qızı Olqa Qrişenko iştirak edib.

O.Qrişenko memorial lövhənin qoyulmasında xidməti olan hər kəsə, xüsusilə müəllifə dərin təşəkkürünü bildirib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here