Ukraynada koronavirusdan sağalanların sayı 8 minə çatır

Bunu Ukraynanın Səhiyyə Nazirliyi açıqlayıb

Ukraynada daha 321 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma hallarının sayı 21905-ə çatıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 14 nəfər artaraq 658-yə yüksəlib.

Bildirilir ki, indiyədək Ukraynada 7 995xəstə koronavirusdan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,6 milyonu ötüb. Bunların 2,4 milyon nəfərdən çoxu sağalıb, 352 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.